
Hədə-qorxu gələrək pul tələb edənləri polis saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 min dollar tələb etməsi barədə polisə müraciət edib.
“Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb”, - DİN-in məlumatında deyilir.