Bakının bu rayonlarında su olmayacaq


Bakının Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top