
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı ərəfəsində Suriyaya səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, o, çərşənbə axşamı Ankarada danışıqlar zamanı Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəra tərəfindən qonşu ölkəyə səfərə dəvət olunacaq.
“Türkiye” qəzetinin məlumatına görə, Ərdoğan və əl-Şəra arasında görüşdə əsasən Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır.
Danışıqlar və iki ölkə hökumətlərinin birgə görüşlərindən sonra iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahələrində mühüm sazişlərin imzalanacağı gözlənilir.
Digər tərəfdən, Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əl-Şəra fevralın 4-də Türkiyəyə səfər edəcək. Danışıqlar zamanı Suriyadakı son hadisələrin bütün aspektləri ilə müzakirə ediləcəyi planlaşdırılır.
Beləliklə, Türkiyə Səudiyyə Ərəbistanından sonra Əl-Şəranın səfər etdiyi ikinci ölkə olacaq.