Azərbaycan Premyer Liqasında komandaların sayı artırılacaq


Misli Premyer Liqasında komanda sayı 10-dan 12-yə artırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Bildirilib ki, iclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top