
AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti məlumat yayıb.
İclasda baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyinatı ilə bağlı qərar qəbul olunub.
***21:24
AFFA-nın iddia edilən yeni baş katibi Cahangir Fərəcullayevin dosyesini təqdim edirik:
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.
O, 2004-2019-cu illərdə “Deniz Service”, “Engin”, “Gametv” Prodüser Mərkəzi, “AGBank”, “Novartis”, “Sandoz” və “JTI Azərbaycan” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.
2019-2020 illərdə “Topaz” şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.
KİV-də paylaşılan məlumata görə, Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.
***19:27
AFFA-nın baş katibinin dəyişdiyi iddia edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə futbolinfo.az məlumat yayıb.
Bildirilib ki, Sərxan Hacıyev istefa verib, onun yerinə isə Cahangir Fərəcullayev təyin edilib.
Xatırladaq ki, daha öncə KİV-də Sərxan Hacıyevin istefa verdiyi ilə bağlı məlumat yayılıb. AFFA xəbəri təkzib edib.



