
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Hacıqabul, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Tovuz, Göygöl, Goranboy, Şəmkirdə cənub-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.