
Karyerasını başa vuran Azərbaycan qadın güləşçisi Mariya Stadnik bundan sonra federasiyada funksioner olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, o, federasiyada qadın güləşi üzrə koordinator vəzifəsini icra edəcək.