DİN: “Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb” – Yenilənib


““Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır:
“Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır”.

***15:15
Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Yeniavaz.com
AZƏRTAC-a istinadla xəbər verir ki, əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Bildirilib ki, bir həftə ərzində aparılacaq əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
“Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər fevralın 3-dən 10-dək davam edəcək”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top