Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib


Bu gün ölkəmizdə bir Amnistiya Aktına ehtiyac var.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, parlament təşəbbüs göstərib, Müstəqillik Gününə qədər Amnistiya Aktını hazırlaya bilər:
“Əfv sərəncamları olur, amma Amnistiya Aktının əhatə dairəsi daha genişdir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən, sonradan səhvə yol verən insanlar var ki, indi həbsdədir. Bu amnistiya aktının qəbulu onları da sevindirər”.

DİGƏR XƏBƏRLƏR

Top