
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat dərc olunub.
“Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbərini dərin hüznlə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir”, - məlumatda deyilir.
Qeyd edək ki, Pakistanın cənub-qərbində silahlı toqquşmalar baş verib və nəticədə 18 əsgər və 24 yaraqlı öldürülüb.