
Rusiyanın Yakutiya Respublikasının gənclər və sosial kommunikasiyalar naziri Pyotr Şamayev döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yakutiya hökumətinin başçısı Kirill Bıçkov öz “Telegram” kanalında məlumat verib.
“Döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanan həmkarımız və dostumuz Pyotr Vitaliyeviç Şamayevə səmimi dəstəyimi bildirir və tezliklə sağalmasını arzulayıram”, - deyə Bıçkov yazıb.
2024-cü ilin sentyabrında Yakutiya Respublikasının rəhbəri Aysen Nikolayev Respublikanın gənclər və sosial kommunikasiyalar naziri Şamayevin hərbi xidmət üçün müqavilə imzaladığını bildirib.
Nazir səlahiyyətlərinin icrası müharibə veteranı, Rusiya Qəhrəmanı İqor Yurginə tapşırılıb.
Qeyd edək ki, fevralın 2-də Primorsk diyarının qubernator müavini Sergey Yefremov döyüş tapşırığından qayıdarkən həlak olub. Məlumata görə, o, Kurskdakı döyüşlər zamanı minaya düşüb.
