
“ABŞ və Rusiya arasında Kiyevin iştirakı olmadan müharibənin dayandırılması ilə bağlı danışıqlar hamı üçün təhlükəlidir”.
Yeniavaz.com xəbər verir ki, bunu “Associated Press” agentliyinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Onların öz münasibəti ola bilər, lakin bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir”, - Zelenski bildirib.
O qeyd edib ki, danışıqlarda ABŞ, Rusiya və Ukrayna ilə yanaşı, Avropa İttifaqının nümayəndələri də iştirak etməlidir. Zelenski əlavə edib ki, onun komandası, ümumiyyətlə, Trampın ətrafı ilə daimi təmasdadır və yaxın gələcəkdə detalların müzakirəsi üçün şəxsi görüşlər gözlənilir.
Qeyd edək ki, Donald Tramp əvvəllər administrasiyasının Moskva ilə məsələni müzakirə etdiyini bildirsə də, müzakirələrdə kimin iştirak etdiyini açıqlamayıb.
Bundan başqa, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Kiyevə səfəri hüquqi səbəblərə görə təxirə salınıb. Zelenskinin sözlərinə görə, Rusiya ilə istənilən danışıqlar Ukraynanın müttəfiqlərinin təhlükəsizlik zəmanəti ilə dəstəklənməlidir. O deyib ki, Ukraynanın NATO-ya daxil olması onun üçün prioritet olaraq qalır.
Zelenski həmçinin bildirib ki, Rusiya atəşkəs danışıqlarında maraqlı deyil və güzəştə getməyə hazır deyil, çünki o, bunu məğlubiyyət əlaməti hesab edir:
“Xüsusən də Ukrayna silahlı qüvvələrinin çatışmayan döyüş meydanında mövcud üstünlüyünü nəzərə alsaq”.