“Qarabağ” bu dəfə "Zirə"yə uduzdu


"Zirə" Azərbaycan Premyer Liqasının XXI turunda "Qarabağ"a qalib gəlib.
Yeniavaz.com 
xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada ev sahibləri 3:2 hesablı qələbə qazanıb.
"Zirə"nin qollarını Salifu Suma (56, 67) və Davit Volkov (90), "Qarabağ"ın qollarını isə Aleksey Kaşukla (20) Patrik Andrade (42) vurub.
Qeyd edək ki, "Qarabağ" əvvəlki  - XX turda da öz meydanında "Turan Tovuz"a 2:1 hesabı ilə məğlub olub. Bundan başqa “Qarabağ” bu həftə UEFA  Avropa Liqasında Liqa mərhələsinin sonuncu oyununda Yunanıstanın “Olimpiakos” komandasının qonağı olub və meydandan 3:0 hesablı məğlubiyyətlə ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top