
İspaniya millisinin hücumçusu Alvaro Morata “Milan”dan “Qalatasaray”a keçib.
Yeniavaz.com xəbər verir ki, 32 yaşlı hücumçu mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcək.
Müqavilədə icarə müddətinin daha bir mövsüm uzadılma ehtimalı barədə bənd var.
Morata səhhətindəki problemlərə baxmayaraq, mövsümün ilk yarısında bütün turnirlərin 25 matçında iştirak edib. Forvardın aktivində 6 qol və 2 məhsuldar ötürmə var.