
Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Bodrumdan 171,26 kilometr aralıda saat 10:22-də (Bakı vaxtı ilə 11:22 - red.) baş verib.
Ocağın 6,64 kilometr dərinlikdə olduğu müəyyən edilib.