Bəhruz Məmmədovun vəzifəsindən azad edildiyi bildirilir


Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədovun vəzifəsindən azad edildiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Bildirilib ki, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü ilin 28 yanvarında Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top