Bakıda məcburi köçkünlər yolu bağladılar VİDEO

Bakıda məcburi köçkünlər etiraz aksiyası keçirirlər.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Xətai rayonu, Gəncə prospekti 20 A-da toplaşan vətəndaşlar etirazlarını yolu bağlayaraq ifadə edirlər. Həmin ərazidəki yarımçıq tikilmiş binanın sakinləri yaşadıqları 16 mərtəbəlinin qəzalı vəziyyətdə olduğunu bildiriblər.

Onlar binada çatlar yarandığını və sürüşməyə məruz qaldığını qeyd edirlər. Məcburi köçkünlərin tələbi problemin həll edilməsidir.

Mitinq

DİGƏR XƏBƏRLƏR

Top