
UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının Liqa mərhələləri başa çatdıqdan sonra UEFA klubların reytinqini yeniləyib.
Yeniavaz.com xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsini 3 xalla sonuncu yerdə tamamlayan Azərbaycan təmsilçisi “Qarabağ” bir pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.
“Köhlən atlar”ın aktivində hazırda 32 min xal var.
Siyahıya 138 min 500 xalla “Real Madrid” (İspaniya) başçılıq edir. İngiltərə təmsilçisi “Mançester siti” (137 min 750 xal) ikinci, Almaniya təmsilçisi “Bayern Münxen” (127 min 250 xal) üçüncüdür.
Ölkəmizdə də kifayət qədər azarkeş kütləsi olan Türkiyə klubları “Fənərbağça”, “Qalatasaray” və “Beşiktaş” isə siyahıda müvafiq olaraq 46, 56 və 112-ci pillələrdə qərarlaşıblar.
Murad Məmmədov