
Pakistanın cənub-qərbində silahlı toqquşmalar baş verib.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, nəticədə 18 əsgər və 24 yaraqlı öldürülüb.
Ordunun bəyanatına görə, silahlılar gecə saatlarında iğtişaşların yaşandığı Bəlucistan əyalətində yollarda maneələr qurmağa cəhd ediblər.
Qeyd olunub ki, hücum edənlərin hansı qruplaşmaya aid olduğu məlum deyil.
Qeyd edək ki, İran və Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyaləti on ildir ki, Bəluc separatçı etnik qrupların iğtişaşlarına səhnə olur. Burada həmçinin yarı-ayrı silahlı islamçı qruplaşmalar da mövcuddur.