Sudanda bazarda partlayış olub – Azı 40 ölü var


Sudanın Omdurman şəhərində bazarda partlayış baş verib.
Yeniavaz.com
“Agence France-Presse”ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 40 nəfər ölüb.
Bildirilir ki, partlayışı Çevik Reaksiya Qüvvələri (RRF) öz üzərinə götürüb.
Hələlik əlavə məlumat verilməyib.
Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində gərginləşib. Buna səbəb ölkənin Suveren Şurasının sədri, ordu komandiri Əbdülfəttah əl-Burhan ilə RRF rəhbəri Məhəmməd Həmdan Daqalo arasındakı fikir ayrılığı olub.

DİGƏR XƏBƏRLƏR

Top