Daha bir girov İsrailə qaytarıldı


Qəzza zolağında azad edilən 65 yaşlı İsrail və Amerika vətəndaşı Kit Siqal İsrail əsgərləri tərəfindən İsrailin ərazisinə aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Azad edilmiş girov Kit Siqal IDF qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gəlib”, - deyə məlumatda bildirilib.
BQXK maşınları azad edilən girovu İsrail Müdafiə Qüvvələrinin hərbçilərinə təhvil verib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşma çərçivəsində İsrailin fevralın 1-də gün ərzində həbsxanalarından 182 fələstinli məhbusu azad edəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Qəzza zolağında girov götürülən Ofer Kalderon və Yarden Bibas azad edilmiş və onlar da İsrail hərbçiləri tərəfindən İsrail ərazisinə aparılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top