
ABŞ-nin Filadefiya şəhərində tibbi təyyarə qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, hadisə Filadelfiyanın şimal-şərqindəki “Ruzvelt” alış-veriş mərkəzi yaxınlığında baş verib.
Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra qəzaya uğrayıb. “Learjet 55” təyyarəsinin qəzaya uğraması partlayışla müşayiət olunub.
Qəza yerli vaxtla yanvarın 31-də saat 18:30-da (Bakı vaxtı ilə fevralın 1-i 03:30-da) baş verib.
Qəza ərazisində böyük yanğın baş verib, evlərə və avtomobillərə ziyan dəyib.
Təyyarədə altı nəfər olub: dörd ekipaj üzvü, bir azyaşlı xəstə və onun anası.
Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
İlkin məlumatlara görə, qəzaya səbəb təyyarədəki oksigen çənləri olub.
Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası insidentlə bağlı araşdırma aparır.