Yük avtomobilləri yolda qaldı – Sıxlıq yarandı


Yasamal rayonunun Moskva prospektindəki tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb:
“Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür”.
 

DİGƏR XƏBƏRLƏR

Top