
“Fransa Ncamenadakı Adji Kossei hərbi bazasını rəsmi olaraq Çad Silahlı Qüvvələrinə təhvil verib və bununla da kontingentinin ölkədən çıxarılmasını başa çatdırıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tchadinfos” portalı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl fransız əsgərləri Faya-Larjo və Abeşdəki bazalarını tərk edib. 29 noyabr 2024-cü ildə Çad Fransa ilə müdafiə müqaviləsini ləğv etdiyini elan etdi və dekabrın 20-də bütün qoşunların 31 yanvar 2025-ci ilə qədər ölkədən çıxarılmasını tələb etdi. Bu yaxınlarda Çadda Fransa Silahlı Qüvvələrinin 1000-ə yaxın şəxsi heyəti üç bazada - paytaxt Ncamenada, Faya-Larjo və Abeşdə yerləşdirilib.