Əsədin əmisi oğlu Suriyada saxlanıldı


Suriyanın keçmiş prezidenti Bəşər Əsədin xalası oğlu Atef Nəcib ölkənin yeni hakimiyyət orqanları tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Latakiya əyalətinin Daxili İşlər İdarəsinin rəisi Mustafa Kneifati məlumat verib.
Məlumata görə, Nəcib Latakiya vilayətində Daxili İşlər İdarəsinin hərbçilərlə birgə keçirdiyi əməliyyat zamanı saxlanılıb. Kneifatinin sözlərinə görə, Əsədin əmisi oğlu Suriya xalqına qarşı cinayətlər törətməkdə şübhəli bilinir. 
Qeyd edək ki, Əsədin dövründə Nəcib ölkənin cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik idarəsinin rəhbəri postunu tutub.

DİGƏR XƏBƏRLƏR

Top