
Axtarış-xilasetmə qrupları atəşkəs elan edildikdən sonra Qəzza zolağında dağılmış binalardan 354 cəsədi çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, anklavda 14 mindən çox insan itkin düşüb. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Qəzza zolağından 50 milyon ton dağıntı və dağıntının çıxarılmasının 20 ilə qədər vaxt apara biləcəyini bildirib.