“Lukaşenko ilə mübahisə edəcək heç nəyim yoxdur”


“Lukaşenko ilə dialoqum bitdi. Onunla daha mübahisə edəcək heç nəyim yoxdur”.
Yeniavaz.com
“News.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Bununla da, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərini şərh etməkdən imtina edib.
Qeyd edək ki, Belarus Prezidenti Ermənistanın Baş naziri Nikol Paşinyanı nəzərdə tutaraq, onun özünü düşmənlərlə əhatə etdiyini və Ermənistanı məhv edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top