
İsmayıllı rayonu ərazisində 3 maqnitudalı zəlzələ olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan İsmayıllı stansiyasından 22 km şimalda yerli vaxtla 05:18-də qeydə alınıb və 9 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.