Egeydə zəlzələ oldu


Türkiyənin İzmir şəhərinin Çeşmə rayonu sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, saat 18:55-də (Bakı vaxtı ilə 19:55 - red.) Egey dənizindəki Eğriboz adası yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.
Ən yaxın quru kütləsi olan Çeşmədən 203,99 kilometr uzaqlıqda qeydə alınan zəlzələnin dərinliyinin 5,4 kilometr olub. İlkin məlumatlara görə, zəlzələ nəticəsində heç bir mənfi təsir yaşanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top