
Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İri Şəhərələrin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Lökbatan qəsəbəsi, Nizami 10 ünvanında “Neftçi” MTK-ya məxsus 4 binanı qidalandıran xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 31-i axşam saatlarınadək bu ünvana suyun verilməsində fasilə yaranacaq.