
Qəzza zolağında yanvarın 30-da HƏMAS nümayəndələri 2023-cü il oktyabrın 7-də İsrailə hücum zamanı oğurlanmış daha səkkiz girovu azad ediblər.
Yeniavaz.com xəbər verir ki, İsrail ordusu girovların azad edildiyini təsdiqləyib.
Onların müqabilində İsrail 110 fələstinlini həbsdən azad edəcək.
Yanvarın 17-də atəşkəs və girovların azad edilməsi haqqında razılaşmadan sonra bu, girovların və əsirlərin üçüncü mübadiləsidir. Ötən dəfə HƏMAS yeddi israilli girovu azad edib.
Son məlumatlara görə, İsrailə hücum zamanı oğurlanan daha 82 girov Qəzzada qalır. Onlardan bir neçəsinin öldüyü güman edilir.
Qeyd edək ki, atəşkəs razılaşmasına görə, birinci mərhələdə HƏMAS 33 girovu, İsrail isə 2000-ə qədər məhbusu azad etməlidir.