
Cənubi Sudanda kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasına məxsus “Mirayya” radiosu məlumat yayıb.
Bildirilib ki, 21 sərnişin və ekipaj üzvü olan təyyarə “Unity” neft yatağının yaxınlığında uçuş zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində 18 nəfər ölüb.
Ölənlər arasında iki pilot da var. Fəlakətin səbəbləri barədə məlumat verilməyib.