
UEFA “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu 1 oyunluq cəzalandırıb.
Yeniavaz.com xəbər verir ki, cəzanın komandasını “Lion”la oyunun ikinci hissəsinə gec gətirdiyi üçün verildiyi bildirilir.
Qeyd edək ki, 62 yaşlı məşqçi cümə axşamı Avropa Liqasının “Midtyulland”la matçında komandanın yanında olmayacaq.