Azərbaycan yaxın vaxtlarda təyyarə qəzasının təhqiqat nəticələrini açıqlayacaq

rusiya azal təyyarəsinin qəzası ilə bağlı ekspertiza təyin etdi
““Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların nəticələri ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 
“Azərbaycanın müvafiq strukturları AZAL sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”, - Hacıyev bildirib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top