Serbiyanın baş naziri istefa verdi


Serbiyanın Baş naziri Miloş Vuçeviç yanvarın 28-də saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) təcili mətbuat konfransı keçirərək, istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Veçerne Novosti” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, baş nazirin istefasına səbəb davam edən tələbə etirazları fonunda Serbiya Prezidenti Aleksandr Vuçiçin hökumətin tərkibinin təcili olaraq yenilənməli olduğunu elan etməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top