“Azneft” dairəsində avtomobil yandı, sıxlıq yarandı – Video


Səbail rayonu, Neftçilər prospekti, “Azneft” dairəsində avtomobillərdən birində yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb:
“Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”.

DİGƏR XƏBƏRLƏR

Top