İtaliya çempionu narkotik qaçaqmalçılığında şübhəli bilinir


Belçika millisinin sabiq futbolçusu Raсa Nainqqolan narkotik qaçaqmalçılığında şübhəli bilinərək həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Brüssel prokurorluğuna istinadən “Gazet van Antverpen” qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, Nainqqolan Antverpen limanı vasitəsilə Cənubi Amerikadan kokain keçirməkdə şübhəli bilinir.
Qeyd edək ki, Nainqqolanın 36 yaşı var. O, “İnter”lə İtaliya çempionudur (2021). O, İtaliyanın “Roma”, “Kalyari” və SPAL klublarında da çıxış edib. Yanvarın 24-də futbolçu Belçikanın “Lokeren-Temse” klubunda debüt edib.
Nainqqolan Belçika millisində 30 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə edib. Milli komanda ilə birlikdə 2016-cı il Avropa çempionatında iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top