
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər.
Həmçinin Prezidentin digər Fərmanı ilə, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Fövqəladə Hallar və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Nazirlər Kabineti bu Fərmanlardan irəli gələn məsələləri həll etməlidir.
Fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilib.