Prezident Məmməd Musayevi təltif etdi


Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
M.Musayev bu təltifə Azərbaycanda sahibkarlığın inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, bu gün Məmməd Musayevin 70 yaşı tamam olur.

DİGƏR XƏBƏRLƏR

Top