Aİ XİN rəhbərləri gürcü diplomatları üçün vizasız rejimi dayandırdı


Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərarı təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətindəki mənbə məlumat verib.
“Bəli, qərar səs çoxluğu ilə təsdiqləndi”, - mənbə bildirib.
Diplomatın sözlərinə görə, Aİ Şurasının qərarı yaxın günlərdə icmanın rəsmi jurnalında dərc olunacaq və bundan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 20 dekabr 2024-cü ildə Avropa Komissiyası rəsmi olaraq Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimin dayandırılmasını təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top