
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, istintaq İmamoğlunun mətbuat konfransı zamanı prokurorluğun eksperti Satılmış Büyükcanayakın haqqında dediyi sözlərə görə başladılıb.
İmamoğlu ədliyyə orqanlarında xidmət edən şəxsə təsir etmək cəhdində ittiham olunur.
Məlumata görə, İstanbul Baş Prokurorluğu İmamoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 277 və 288-ci maddələri üzrə cinayət işi açıb.
Bundan əlavə, İstanbul Polis İdarəsinə yazılı və vizual mediada bu istiqamətdə açıqlamalar verənlər haqqında lazımi qərarın verilməsi və istintaq başladılması tapşırılıb.