Ət bahalaşıb


Son bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir.
Yeniavaz.com
ATV-yə istinadla xəbər verir ki,artıma əsas səbəb kimi ətlik heyvan sayının azlığı göstərilir.
Qeyd olunub ki, təxminən bir aya yaxındır mal ətində 1, quzu ətində isə 2 manata yaxın bahalaşma müşahidə edilir.
“Əvəllər mal ətini 15-15,50 manata satırdıq, indi 16 manatdır. Quzu ətinin kiloqramı isə 20 manatdır, 25 manat kimi qalxır. 1 aydır ki, qiymətlər qalxıb. Bahalaşmanın səbəbi heyvan qıtlığıdır. Əvvəllər rayonlardan dananın 1 ədədini 15 manata gətirirdilər, indi 25 manata gətirirlər. Quzularda da qiymət 2 manatdan 5 manata qalxıb”, - telekanal danışan paytaxtdakı qəssablardan biri bildirib.
Bildirilir ki, bölgələrdə də ət bahalaşıb.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top