
İmişli rayon Qızılkənd orta məktəbinin müəllimi, gənc yazar Asim Arazlı dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
31 yaşlı müəllimin ötən gün – yanvarın 26-da ürəktutmadan vəfat etdiyi bildirilir.
Asim Arazlı həm də Vətən müharibəsi qazisi olub.
O, həmçinin yazıçı kimi ölkədə keçirilən bir sıra müsabiqələrin qalibi olub.