
“Mən İrəvanla Bakı arasında vasitəçi olmuşam və Qarabağla bağlı mübahisənin sülh yolu ilə həllinə yardım etməyə çalışmışam”.
Yeniavaz.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq və investisiyalar təklif edib, lakin Ermənistan rəhbərliyi bu ideyaları rədd edib. Lukaşenko baş verənlərə görə Ermənistanı günahlandırıb:
“Azərbaycanı dəstəklədiyim üçün məndən incidilər. Mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibənin olmamasının tərəfdarı olmuşam ki, bir-birimizlə vuruşmayaq”.