
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynaya yardımla bağlı layihələrini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, dondurulmuş layihələr arasında səhiyyə sahəsində yardımlar, o cümlədən uşaqların peyvənd edilməsi, eləcə də məktəblərə yardımlar var.
Qeyd edək ki, daaha əvvəl “Politico” qəzeti xəbər vermişdi ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dayandırmaq barədə göstəriş verib. Nəşrin məlumatına görə, Dövlət Departamentinin bütün əməkdaşlarına demək olar ki, bütün mövcud xarici yardım qrantları üzrə işi dayandırmaq əmri verilib.