HƏMAS daha 4 israilli girovu azad etdi


Fələstinin HƏMAS hərəkatı daha 4 israilli girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Aqsa” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, girovların dəyişdirilməsi Qəzza şəhərindəki Fələstin meydanında baş tutub.
Girovların azad edilməsi hərəkatın hərbi qanadının – “İzzəddin əl-Qəssam Briqadası”nın nümayəndələri tərəfindən həyata keçirilib.
İsrail Müdafiə Qüvvələri (IDF) məlumatı təsdiqləyib.  
Onun məlumatına görə, HƏMAS Karina Ariyev (20), Daniela Gilboa (20), Naama Levi (20) və Liri Albaqı (19) girovluqdan azad edib.
Hazırda İsrail Qəzzada HƏMAS-la atəşkəs razılaşması çərçivəsində dörd israilli qadının müqabilində 200 fələstinli məhbusu azad etməyə hazırlaşır.
Qeyd edək ki, yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur.
Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs qüvvəyə minib . Həmin gün Fələstin hərəkatının üzvləri üç girovu Beynəlxalq Qızıl Xaç Hərəkatının nümayəndələrinə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top