
ABŞ Senatı cümə günü Pit Heqseti müdafiə naziri vəzifəsinə təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Bu namizədlə bağlı yuxarı palatada səslər bərabər bölündüyü üçün (50 səsə qarşı 50 səs) ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens səsvermə hüququndan istifadə edib.
ABŞ Konstitusiyasına görə o, Konqresin yuxarı palatasına rəhbərlik edir.
44 yaşlı Heqset ABŞ ordusunun veteranıdır. Onun quru qoşunlarında mayor rütbəsi var. O, zabit rütbəsini doğma Minnesota ştatının Milli Qvardiyasında xidmət edərkən alıb. Heqset milli qvardiyanın tərkibində Əfqanıstan, İraq və Quantanamoda xidmət edib. O, səkkiz ildir ki, “Fox News” telekanalında işləyir. O, həmçinin bir neçə kitab yazıb və iki veteran hüquqları təşkilatına rəhbərlik edib. Prinston və Harvard universitetlərində təhsil alıb.