
Türkiyədə baş verən yanğın səbəbilə saxlanılan 14 nəfərdən səkkizi prokurorluğa ifadə verdikdən sonra həbs tələbi ilə Sülh Cəza Məhkəməsinə sövq edilib.
Yeniavaz.com “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə otel sahibi Halit Ergül və otelin baş direktoru olan Erğülün kürəkəni Əmir Arasın həbsinə qərar verib.
Xatırladaq ki, Kartalkaya istirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib. Hadisə nəticəsində 78 nəfər həyatını itirib.