
“Fələstinin HƏMAS hərəkatı İsrail Müdafiə Qüvvələrində xidmət edən və Qəzza zolağında girov saxlanılan 4 qadın hərbçini sabah, yanvarın 25-də azad edəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının nümayəndəsi Əbu Ubeydə məlumat yayıb.
“İsrail ilə mübadilə razılaşması çərçivəsində biz yanvarın 25-də əsgərlər Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad edəcəyik”, – məlumatda deyilib.