
Tanınmış türkiyəli jurnalist Deniz Arman dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bir müddətdir Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında müalicə alırmış.
Qeyd olunub ki, 64 yaşlı jurnalist ağciyər xərçəngindən müalicə olunurdu.
Qeyd edək ki, Azərbaycan tamaşaçısının da tanıdığı D. Arman müxtəlif telekanallarda aparıcılıq edib, qəzetlərdə çalışıb. Sonuncu iş yeri isə “Kanal D” olub.